Bank Of Baku

Keçmiş məhkum külli miqdarda "patı" ilə tutuldu

# 13:23
10 fevral 2022

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər 2 dəfə məhkumluq həyatı yaşayan rayon sakini, 1975-ci il təvəllüdlü Ələsgər Xankişi oğlu Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb.

 

Onun üzərinə keçirilən baxış zamanı ondan 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram qram “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

 

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

 

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR