Keçmiş məhkum növbəti dəfə buna görə saxlanıldı
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Gəncə ŞBPİ-dən APA TV-nin yerli bürosuna verilən məlumata görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş, Vəfadar Hüseynov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman müxtəlif sellofan və kağız bükümlərdə, külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilib.
Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu