Keçmiş məhkum saxlanıldı, həyətindən silah çıxdı

# 16:33
4 aprel 2022

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin YERLİ BÜRSOUNA VERİLƏN MƏLUMATA GÖRƏ, əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ağaverdi Qafarov saxlanılıb. Həmin şəxsin yaşadığı ünvana  keçirilən baxış zamanı həyətindəki yardımçı tikilidən bir ədəd lüləsi kəsilmiş odlu silah, 100 ədəd “Makarov” markalı tapançaya məxsus 9 mm-lik patron, psixotrop maddə - metamfetamin, narkotik vasitə - tiryək, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR