Keçmiş məhkum silahlı insident törətdiyinə görə yaxalandı

# 18:25
12 aprel 2021

Yasamal rayon sakini olan bir nəfər şəxs Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək bildirib ki, əvvəldən tanıdığı bir nəfər yaşadığı evə gələrək ona və ailə üzvlərinə doğru odlu silahdan atəş açıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, atəş açan şəxs, əvvəllər də məhkum olunmuş paytaxt sakini Etibar Əlizadədir.

 

Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Etibar Əlizadə saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı hadisədə istifadə etdiyi 1 ədəd “JK-9” markalı odlu silah, həmin silaha məxsus 7 ədəd patron və 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR