Keçmiş məhkum yaşadığı evi yandıraraq həyat yoldaşına xəsarət yetirib
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisəni törədən şəxs Şükürov Ramin yaşadığı evə gəlib həyat yoldaşı Şükürova Mətanəti döyərək ona ağır xəsarət yetirib.
Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb edilib. Yanğın söndürülüb.
Qeyd edək ki, R.Şükürov həbsdən ötən gün azad edilib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü