Keçmiş məhkumlar maşın oğurladıqları üçün tutuldular

# 11:12
16 aprel 2021

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Girdəni kənd sakininə məxsus “VAZ-2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə saxlanılıblar.

Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə heroin, marixuana və metamfetamin də aşkarlanaraq götürülüb.

Oğurlanmış avtomobil i polis əməkdaşları tərəfindən Masallı rayonunun Türkoba kəndində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR