Keçmiş məhkumlar qəbiristanlıqdan gül oğurladıqlarına görə tutuldular
Paytaxtın Yasamal rayonunda qəbiristanlıqdan gül dəstələrini oğurlayan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.
Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbiristanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub.
Həmçinin Elşən Abduləliyevin üzərindən heroin də aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü