Keçmiş məhkumun maşınından görün nə çıxdı
Ağcabədi sakinindən 5 kq marixuana götürülüb. APA TV-nin yerli müxbirinin xəbərinə görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş İlqar Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qram marixuana, idarə etdiyi avtomobilə baxış zamanı isə oradan 5 kiloqramdan artıq marixuana götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı