Keçmiş məhkumun yaşadığı evdən görün nə çıxdı
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib. Keçirilən tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə Musa Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib