Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı
19:10
19 yanvar 2023
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.
Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.
DİGƏR XƏBƏRLƏR
Gədəbəydə 28 yaşlı hamilə qadın öldü – “Yolda bildim ki, halı dəyişib”
17:39
11 sentyabr 2024
İmişlidə 9 aydır itkin düşən Rasimin yaxınları yolu bağlayıb
12:47
11 sentyabr 2024
Laçın şəhərinə daha 18 ailə, 59 nəfər köçürülüb
10:29
11 sentyabr 2024
Anası tərəfindən döyülüb ağır xəsarətlər alan azyaşlı danışdı
17:02
10 sentyabr 2024