Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb.
APA xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.
Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci yəni milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd maddəsi cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?