Kəlbəcərdə şəhid olan hərbçimiz kimdir?
Dünən axşam saatlarında Kəlbəcərdə şəhid olan Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçu əslən Qəbələ şəhərindən olan 2001-ci il təvəllüdlü Qarayev Məhəmməd Mahir oğlunun nəşi Gəncədən doğulduğu Qəbələ şəhərinə gətiriləcək.
APA-nın Şirvan bürosu xəbər verir ki, şəhid ali təhsilli olub, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Evin tək oğlu olub. Bacısı 1999-cu il təvəllüdlü Qarayeva Şəhla Mahir qızı Bakı Dövlət Universitetini bitirib və Qəbələ şəhərində Ədliyyə orqanlarında çalışır. Şəhidin atası Qarayev Mahir Kamil oğlu dülgərdir, anası isə şəhidin təhsil aldığı Qəbələ şəhər 4-saylı tam orta məktəbdə müəllimə işləyir.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”