Kəlbəcəri boşaldan erməni hərbçiləri hərbi hissəni partladıblar
Bu gecədən etibarən işğal altında olan Kəlbəcər rayonu Azərbaycanın Ordusunun nəzarətinə keçəcək. Erməni hərbi birləşmələri noyabrın 9-da əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Kəlbəcəri boşaldarkən hərbi hissələri, kazarmaları da partlatmağı unutmur.
APA TV xəbər verir ki, “RİA Novosti” Kəlbəcərdə erməni hərbçiləri tərəfindən hərbi hissənin binasının partladılması anını lentə alıb.
Qeyd edək ki, Kəlbəcəri boşaldan ermənilər tək hərbi obyektləri deyil, yaşadıqları evləri yandırır, ağacları kəsir və hətta yaxın qohumlarının məzarlarını qazaraq sümüklərini də özləri ilə aparırlar.
DİGƏR XƏBƏRLƏR
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var