Kəmaləddin Heydərov Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA TV Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazir görüşün təsadüf etdiyi 19 mayın Türkiyədə geniş qeyd edildiyi Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təbriklərini çatdırıb. FHN-in fəaliyyət istiqamətlərindən danışan nazir meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Vahid Kirişçi də meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu