Kənddə iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

# 17:19
28 aprel 2022

Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə,  hadisə bu gün  rayonun Garis  Əyribənd kəndində qeydə alınıb. Kənd sakini, 63 yaşlı Dilqəm Nadirovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla, həmin yolda hərəkətdə olan rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı  Əvəz   Səmidovun  idarə etdiyi "VAZ 2106" markalı avtomaşın  toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomaşının  sürücüsü  Əvəz  Səmidov  və onun sərnişinləri - Ərəbqubalı kənd sakinləri, 59 yaşlı Əliyeva Zərifə Cəlil qızı, 52 yaşlı Səmidova Yeganə Güləkbər qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə dərhal Kürdəmir Rayon  Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.  

 

Faktla bağlı araşdırma aparılır.

 

Zahid Abışov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR