Kənddəki vəziyyət sakinlərin köç etməsinə səbəb olub

# 18:43
25 fevral 2022

Yol dedikdə, sadə dillə desək, bir məntəqədən digərinə insanların və nəqliyyatın hərəkətini, gediş-gəlişini asanlaşdıran bir cığır başa düşürük. Masallının Şəhriyar kəndinin dırnaqarası yolları isə yerdə cızılan xətdən başqa bir şey deyil. Sakinlərin piyada və maşınla hərəkəti bu yollarda müşkülə çevrilib. Kənd camaatı dəfələrlə aidiyyəti qurumlara müraciət edib cavabsız qalmaqdan beziblər.

Kənddə vəziyyət o dərəcəyə çatıb ki, Şəhriyar kəndində köç başlayıb və sakinlər şəraitsizlikdən ailəlikcə kəndi tərk edirlər. Qədim tarixi olan Şəhriyar kəndinin yollarının keçilməzliyi onları öz şəraitlərini daha yaxşı məntəqələrdə qurmağa məcbur edir.

3 km-lik bu keçilməz yol Şəhriyar və Qarğalıq kəndləri arasında yerləşir. Hava şəraiti yaxşı olanda da bu yoldan istifadədə çətinliklər yaranır. İnsanların vaxtını və qazancını alan, əsəblərini tarıma çəkən yolda dəfələrlə maşınlar xarab olub, problemlər baş verib. Sakinləri narahat edən yolla bağlı Şəhriyar kəndinin balansında olduğu Qarğalıq kənd bələdiyyəsinə müraciət etdik.

Sakinlər camaat kəndi tam boşaltmamış yol probleminin həllini tapmasını gözləyir.   

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR