Kəndə sel gəldi, həyətlər və əkin sahələri su altında qaldı
Gecə saatlarında suvarma kanalına gələn sel Ağdamın Təzəkənd kəndində fəsadlara yol açıb.
Belə ki, sel suları evlərin həyətlərini və əkin sahələrini basıb.
Sakinlərin sözlərinə görə, 5-dən çox evin həyətini, 10 hektardan çox əkin sahəsi sel sularının altında qalıb.
Hadisədən vaxtında xəbər tutulduğu üçün səhər saatlarına kimi suyun axınının qarşısı alınıb. Buna görə də, sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyməyib.
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə texnikalar cəlb olunub.
Qeyd edək ki, hazırda suvarma kanalında bərkitmə işləri görülür.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi