Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu