Keşlədə kütləvi dava - İki nəfər qətlə yetirildi
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.
Məlumata görə, fevralın 11-də saat 02 radələrində baş verən davada 6 nəfər iştirak edib.
Əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Rauf Hüseynov və Ramin İsayev adlı şəxs münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimov və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetiriblər. Nəticədə İlkin Rzayev hadisə yerində ölüb, Xəyal Rəhimov xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Baş Prokurorluğun məlumatına görə, Rauf Hüseynov, Ramin İsayev və davada iştirak edən digər 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu