Kilosu 25 manata satılan dərman kimi bitki - XALYAR NECƏ BİŞİRİLİR?

# 15:05
15 fevral 2023

Elmi adı "Allium ursinum" olan xalyar bitkisi dünyada yabanı sarımsaq, "ayı soğanı" kimi tanınır. Min bir dərdin dərmanı olan bu bitki əsasən rütubətli meşələrdə bitir.

Azərbaycanda bu bitkiyə əsasən Qax, Zaqatala və Balakən rayonlarının dağlıq ərazilərində, rütubətli meşələrində rast gəlmək olur. 

Xalyar demək olar normal sarımsağın xüsusiyyətlərinə malikdir. Ancaq ikisini müqayisə edəsi olsaq, "ayı soğanı" daha güclü otdur.

“Ayı soğanı”  Qax, Zaqatala və Balakən rayonlarında sevilən bir qida olduğundan bu bölgələrin mətbəxinə aid olan "xalyar" adlı yemək növü də var.

Min bir dərdin dərmanı olan xalyarı bişirmək o qədərdə çətin deyil. Bunun üçün bizə xalyar, su, duz, kərə yağı, istiot, yumurta və sumax lazımdı. 

Xalyar yeməyi mütləq sumaxla süfrəyə verilir. Bu bitki həm də yeməklərin yanında turşu kimi təqdim edilir. Yarpaqlarını isə müxtəlif növ salatlarda da istifadə etmək mümkündür.

Son illər qış aylarında bölgəyə qarın az yağması səbəbindən meşəlik ərazilərdə xalyar bitkisinin inkişafı və çoxalması aşağı səviyyəyə düşüb. Hazırda bölgənin əhalisi xalyar yemək üçün yaşadığı rayonların bazarlarına üz tuturlar.

Kilosu 23-25 manata satılan xalyar bazarlara Qəbələ rayonundan gətirilir.

Xalyar rütubətli münbit torpaqlarda, kölgəli yerlərdə, dərə ətəyində, kolluqların altında, sıx meşələrdə yetişir. Bu bitki fevral ayında inkişaf mərhələsinə başlayır. Bu otun bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var. Xalyar xərçəngin dərmanı hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR