Kişi bərbəri işləyən qadın – Onun müştəriləri yalnız kişilər deyil – APA TV
Gözümüz vərdişdir ki, kişilərin saçını ancaq kişi bərbərlər kəsə. Amma az da olsa kişi bərbəri kimi çalışan xanımlar da var. Belə xanımlardan biri də Maisə Qafarovadır. Zaqatala rayonunda kişi bərbəri kimi çalışan Maisə Qafarova öz işindən zövq alan insanlardandır. O deyir ki, fərqi yoxdur, hansı işi görürsən, əsas odur ki, gördüyün işdən zövq alasan.
Müsahibimiz deyir ki, o yalnız kişilərin saçını kəsmir, analar oğlan uşaqlarının saçını kəsdirmək üçün də uşaqları onun yanına gətirirlər. Maisə xanımın müştəriləri də ondan çox məmnundur.
Maisə xanımın tək arzusu işinin peşəkarı kimi həm ölkədə, həm də dünyada tanınmaqdır.
Vüqar Heydərov,
Əhməd Fərruxoğlu,
APA TV
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”