Kişi qəzada öldü,meyiti 20 km aralıdantapıldı
Şəmkirdə yol kənarından tapılan meyitin kimə məxsus olması müəyyənləşib.
Lent.az-ın məlumatına görə, meyit Könüllü kənd sakini 39 yaşlı Məmmədov Yalçın Yaşar oğluna məxsus olub. Məlum olub ki, o, Şəmkir-Seyfəli yolunda yol-nəqliyyat hadisəsi zamanı hıəyatını itirib. Həmin yol isə meyit tapılan yerdən 15-20 km aralıdır.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarış işlədir keçirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ölümə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi