Kişi sevgilisini hotelin 6-cı mərtəbəsindən atdı
Bakıda adam öldürməyə cəhd edilib.
DİN-dən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.
Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib