Kişini şantaj etdilər, xeyli pulunu aldılar
Bakıda kişi şantaj olunub.
Lent.az-ın məlumatına görə, bu barədə zərərçəkən 61 yaşlı Xankişi Balakişi oğlu Quliyev polisə müraciətdə bildirib. Onun sözlərinə görə, Abşeron rayon sakini 53 yaşlı Vidadi Bahadur oğlu Maqsudov onu qadınla olan səs yazısını yayacağı ilə hədələyib. Bu yolla 2015-ci ildən 2023-cü ilədək ondan 2320 manat pul alıb.
Şikayət əsasında V. Maqsudov saxlanılıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu