Kiyev qərb istiqamətindən mühasirəyə alındı
Rusiya Ordusu Kiyev yaxınlığındakı Qostomel aerodromunu nəzarətə alarkən itki verməyib.
APA TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Ukraynada davam edən hərbi əməliyyatla bağlı açıqlamasında deyib.
Nazirlik Kiyevin qərb istiqamətindən mühasirəyə alındığını, Çerniqov şəhərinin isə tam mühasirə vəziyyətində olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna vətəndaşlarına müraciət edərək Kiyevin yaşayış sahələrinə zərbələr endirməyəcəyini açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu