Kiyevdə azərbaycanlını görün kimlər GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA

# 13:59
2 iyul 2022

Azərbaycan vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 21.10.2020-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

Bu barədə APA TV-yə Baş Prokurorluqdan məlumat verilib.

 

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, Kiyevdə yaşayan Azərbaycan vətəndaşı Yasin Həsənovla Davud Ağayev arasında uzun müddət mübahisə olub.

 

Buna görə də, Yasin Həsənov Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq məqsədi ilə 03.07.2018-ci il tarixdə tanışı Valeh Xəlilov və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 9 mm kalibrli tapança ilə silahlanıblar. Onlar Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəlib Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşıb yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürüblər. Sonra isə həmin şəxslər birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

 

28.10.2021-ci il tarixdə Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR