Köç başladı: sürülər işğaldan azad olunan yaylaqlara gedir
30 ildir ki, yaylaqlara həsrət qalan soydaşlarımız artıq mal-qarasını işğaldan azad olunan ərazilərimizdəki yaylaqlara, dağlara aparmağa başlayıb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, gül-çiçəkli torpaqlarımızda yaşamaq, orada təsərrüfatını saxlamağın sevinci fermerlərdə böyük ruh yüksəkliyi yaradıb. Elşad İsmayılov da həmin fermerlərdən biridir. O deyir ki, doğma yurdun havası üçün çox darıxıb.
Köç prosesi kütləvi hal almasa da ilkin olaraq minalardan təmizlənmiş ərazilərdəki yaylaqlara köçməyə icazə verilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu