Köçəryan və Sərkisyanın narkotik plantasiyaları olub - Siyavuş Novruzov
“Ermənistanın keçmiş hər iki prezidenti işğal zamanı Azərbaycan torpaqlarından narkotik dövriyyəsi kimi istifadə edib”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov bildirib ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul olublar: “Erməni zabitlər də hərbi cinayətlərlə bərabər, işğal altında olmuş Azərbaycan torpaqlarında narkotik dövriyyəsi ilə məşğul olublar. Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var. Biz bununla bağlı dünya ictimaiyyətinə lazımlı məlumatları çatdırmalıyıq. Bu məlumatlar erməni mətbuatında da yer alıb”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?