Komandalarımız təlimdə - ŞƏRHSİZ
Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.
Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.
Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu