Komandolar tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdilər – APA TV
Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edir. Məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib.
Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən komandolar verilən tapşırıqların icrası ilə bağlı müvafiq qərarlarını bölmələrə çatdırıblar. Döyüşə hazır vəziyyətə gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də digər əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu