Konfrans iştirakçıları Füzuliyə "Ağdam" təyyarəsi ilə getdi
Şuşada “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.
APA TV xəbər verir ki, konfrans iştirakçıları təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gediblər.
Tədbir iştirakçılar "Ağdam" adı verilmiş təyyarə ilə hava limanına eniş edib. Onlar hava limanı ilə tanış olub. Qonaqlar “Zəfər yolu” ilə Şuşaya yola düşüb.
Qeyd edək ki, Şuşada keçirilən toplantıda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər şəxslər iştirak edir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?