Koronavirusa yoluxanların və ölənlərin sayı azaldı - STATİSTİKA
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib, aktiv xəstə sayı 15142 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, ötən müddət ərzində isə ümumilikdə 2 250 291 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU