Koronavirusdan sağalanlar nə zaman vaksinasiya oluna bilərlər?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.
APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, hazırda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.
Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq