Kreml Delyaqinin Azərbaycanla bağlı təxribatçı çağırışına münasibət bildirib
Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı çağırışına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.
Kremlin sözçüsü Mixail Delyaqini emosiyalarına nəzarət etməyə və Azərbaycana münasibətdə dost olmayan bəyanatlarından çəkinməyə çağırıb: “Bu, şəxsi emosiyalar müstəvisində olan bəyanatdır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də tərəfdaşlarımıza münasibətdə, Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin martın 28-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında müvafiq olaraq yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rusiyalı deputat Azərbaycanı ölkəsi üçün təhdid adlandıraraq Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu