Kreml Qarabağda yaranmış son vəziyyətə münasibət bildirib
Kreml Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranan vəziyyətə münasibət bildirib.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların icra edilməsini təmin etməyin vacib olduğunu söyləyib.
"Bu sual bizim hərbçilərə verilməlidir, onlar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar və təbii ki, indi əsas odur ki, bütün tərəflərin müvafiq razılaşmaların şərtlərinə əməl etmələrini davam etdirmək təmin olunsun”, - deyə Kremlin sözçüsü regionda artan gərginlik fonunda əlavə sülhməramlılar kontingentinin göndərilməsinin mümkünlüyü ilə bağlı suala cavabında deyib
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”