Kreml: Qərar qəbul edilib, məqsədlərə nail olunacaq
Kiyev Rusiya tərəfinin qaldırdığı məsələlərlə bağlı danışmağa hazır olsa, Rusiya Federasiyası Ukrayna rəhbərliyi ilə danışıqlara hazırdır.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatının öz məqsədləri olduğunu söyləyib:
"Əməliyyatın öz məqsədləri var, onlara nail olmaq lazımdır. Prezident bildirib ki, bütün qərarlar qəbul edilib və məqsədlərə nail olunacaq", - deyə Peskov jurnalistlərə deyib.
Mətbuat katibi onu da qeyd edib ki, əməliyyatın vaxtından əvvəl dayandırılmasının mümkünlüyündən xəbəri yoxdur - bu, Ali Baş Komandanın qərarıdır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu