Kremldən gözlənilməz açıqlama: Faktiki NATO ilə qarşıdurmadayıq
“De-fakto Rusiya NATO ilə qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı "xüsusi əməliyyat"ın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.
Peskov onun da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.
Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”