Kriminal avtoritetlərə qarşı əməliyyat keçirildi, 48 azərbaycanlı saxlanıldı

# 13:28
7 fevral 2023

Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.

 

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-un əməkdaşları qanunsuz silah və narkotik vasitələrin ticarəti ilə məşğul olan 50-dən çox şəxsi saxlayıblar.

 

Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.

 

Onlardan cinayət fəaliyyətində iştiraklarının yoxlanılması üçün barmaq izi götürülüb.

 

Bundan əlavə, saxlanılanların üzərində "Sayqa" karabini, beş travmatik tapança və bıçaq aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR