Külək əsəcək, yağış yağacaq - PROQNOZ
Noyabrın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 9-11°, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək