Küləkli hava nə vaxtadək davam edəcək?
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktivi havanı açıqlayıb.
APA TV-nin xəbərinə görə, bu gün saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Ötən gün isə Daşkəsən rayonuna və Şirvan şəhərinə dolu düşüb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?