Kür quruyub, sal yanıb, nasoslar da işləmir

# 20:11
7 mart 2023

Əzizinəm sal yana,

Dara zülfün sal yana,

Necəsən bir ah çəkim,

Kür quruya, sal yana...

Vaxtilə suyunun gurluğunun şeirlərimizin bədii təsvir vasitəsinə çevirdiyi, kəndləri yuyub aparan dəli Kür qurumağa başlayıb.

Kür çayının Neftçala və Salyan rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə olunur.

Su olmadığı üçün nasoslar fəaliyyətlərini tam dayandırıblar. Hazırda Kür çayında olan azacıq sular qrunt və çirkab sulardı. Bu isə istifadə üçün yararlı deyil.

Kür çayındakı vəziyyətlə bağlı ETSN-in əlaqədar qurumuna müraciət etdik.  Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirdi ki, son illərdə yağıntının azalması və sudan kortəbii istifadə nəticəsində suyun azalması müşahidə edilir.

Asif Verdiyev onu da bildirib ki, mart ayının 9-dan başlayaraq Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən böyük və kiçik Qafqazın dağlıq ərazilərində 5 istiqamətdə ekspedisiya təşkil olunacaq və dağlıq ərazilərdə qar ehtiyatı müəyyən ediləcək. Meteoroloji şərait də təhlil edildikdən sonra artıq mart ayının sonunda proqnoz tərtib ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR