Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb

# 23:15
12 aprel 2021

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

APA TV-nın yerli bürosunun  xəbərinə görə, Kürdəmir rayon Polis Şöbəsinə rayon sakini əvvəllər məhkum olunmuş Baxşıyev Mübariz Şahin oğlunun narkotik vasitələri üzərində saxlaması, daşıması eləcədə satması barədə məlumat daxil olub. Dərhal Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Baxşıyev Mübariz Şahin oğlu şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Şöbənin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman onun üzərindən 4 ədəd bükümdə ümumi çəkisi 2.089 qram narkotik vasitə heroin və 0.254 qram psixotron  maddə metamfetamin aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı Mübariz Baxşıyev etdiyi cinayət əməlini etiraf edib.       

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və istintaq davam edir.       

 

Zahid Abışov                 

Devran Əsgərov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR