Kürdəmir sakinləri içməyə su tapmır

# 12:40
11 avqust 2022

 

Uzun illərdi ki, su sarıdan üzü gülməyən Kürdəmirdə hələ də sakinlər boğazını yaşlamağa su tapmır. Bu dəfə rayonun Qarasu kənd sakinləri öz dərdlərini APA TV-nin mikrofonuna danışdı. Onlar deyir ki, susuzluqdan ağaclar quruyub, əkin sahələrindən məhsul götürmək olmur. Mal-qaraya, toyuq-cücəyə içməyə su tapmırıq. Belə bir isti rayonda yerli məmurlar sözün əsil mənasında bizə cəhənnəm əzabı yaşadırlar. Uzun illərdi ki, döymədiyimiz qapı, yalvarmadığımız məmur qalmayıb. Yalan vədlərdən savayı heç bir nəticə olmayıb. Hər gün səhər saatlarında təxminən 1-2 saat 2 motor vasitəsi ilə kəndin arxına su vurulur. Kanala vurulan sulardan biri kanal suyu olsa da, digər motorla vurulan su çirkli kanalizasiya suyudur. Camaat deyir ki, kanalizasiya suyunu ona görə vururlar ki, suyun səviyyəsi artsın. Kanala vurulan çirkli su qarışığından içmək üçün istifadə edə bilmədiyimiz üçün əlacsız qalıb maşınlarla içməli su almalı oluruq. Buda bizə həm maddi, həmdə mənəvi ziyan vurur. Qarasuluların dərdi bir deyil, iki deyil. Sakinlər and-aman eliyi ki, kəndə gələn su kanalından qanunsuz olaraq çəkilən 3 kanal düzlənsə kəndin su ilə bağlı heç bir problemi olmaz. Məsələyə münasibət bildirən Kürdəmir rayon Suvarma sistemləri idarəsinin baş mühəndisi Elşad Qənbərov deyir ki, problemdən xəbərdardırlar. Görünən odur ki, susuzluqdan əziyyət çəkən zəhmətkeş kənd sakininin problemi rahat kabinetlərdə gün keçirən rayon rəhbərliyini bir o qədərdə narahat etmir. Ümid edirik ki, bu sujetimizdən sonra cavabdeh şəxslər sərin kabinetlərdən çıxıb kənd sakinlərinin vəziyyəti ilə maraqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR