Kürdəmirdə ağır qəza

# 17:03
17 may 2022

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü, Ağdaş rayon sakini 46 yaşlı Anar Şəmməd oğlu Cabbarov Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı “KamAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR