Kürdəmirdə ağır qəza
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşınının sürücüsü İmişli istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına düşüb. Hadisə zamanı avtomobildə olan 2 nəfər Ağcabədi rayon sakinləri - 41 yaşlı Rəfael Qəşəm oğlu Məmmədov və 63 yaşlı Nəzakət Ənvər qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Zahid Abışov, Devran Əsgərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu