Kürdəmirdə zəncirvari qəza baş verdi
Kürdəmirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını dönmə əməliyyatı edərkən hərəkətdə olan "Volkswagen" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən idarəetmədən çıxan " Volkswagen " markalı avtomaşın qarşıda hərəkətdə olan kənd təsərrüfatı məhsullu ilə yüklənmiş " Mercedes" markalı mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində rayonun Pirli kənd sakinləri -1965-ci il təvəllüdlü Mübariz Abdulla oğlu Zeynalov, 1966-cı il təvəllüdlü Sənan Hökməli oğlu Əhmədov və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Rəşad Novruz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov, Devran Əsgərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Bakıda hərbçilərin təntənəli yürüşü – MARAQLI VƏ QÜRURVERİCİ KADRLAR
Bu yerdə qarın hündürlüyü 29 santimetrə çatdı – Qarşıda bizi NECƏ GÖZLƏYİR?”
Şəhidlər xiyabanından başlayan YÜRÜŞ BÖYÜK ÇOŞQU İLƏ QARŞILANDI