Kürdəmirdə zəncirvari qəza baş verdi

# 17:22
23 may 2023

Kürdəmirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106"  markalı minik maşını dönmə əməliyyatı edərkən  hərəkətdə olan "Volkswagen" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən  idarəetmədən çıxan " Volkswagen " markalı avtomaşın qarşıda hərəkətdə olan kənd təsərrüfatı məhsullu ilə yüklənmiş " Mercedes" markalı mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində rayonun Pirli kənd sakinləri -1965-ci il təvəllüdlü Mübariz Abdulla oğlu Zeynalov, 1966-cı il təvəllüdlü Sənan Hökməli oğlu Əhmədov və  Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü  Rəşad Novruz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 Faktla bağlı araşdırma aparılır.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR