Laçın cənnətə dönüb: Yeni tikilən evlərdə olduq - Qürur verən görüntülər

# 14:57
16 iyun 2023

Dağlar qoynundakı Laçın şəhərində bir tərəfdə yenidənqurma və bərpa işləri davam edir, digər tərəfdən isə hazır olan evlərə sahibləri köç edir. Biz də APA TV olaraq, evlərinə yenicə yerləşmiş laçınlılara qonaq getdik. İlk baş çəkdiyimiz ünvan Həsənovlar ailəsi oldu. Onlar iyunun 14-də ikinci köç karvanı ilə Laçına qayıdan 22 ailədən biridir. Ramiz Həsənov deyir ki, Laçına özü ilə birgə Bakıdan bir neçə meyvə ağacı tingi və tərəvəz ştili gətirib. O, şəhər işğal ediləndə evdən çıxardıqları samovarı və gül dibçəklərini də yuvalarına gətirdiyini deyir. Qapısını döydüyümüz növbəti ev Şahsuvarovlar ailəsinə aiddir. O, Laçını 12 yaşında tərk edib. Hal-əhval öyrənmək üçün mayın 27-dən Laçına köçən Sadıqovlar ailəsinə də baş çəkdik. Elbrus Sadıqov deyir ki, işğaldan sonra Laçını həmişə yuxularında görürmüş, Məcburi köçkünlükdəykən daim Laçında yenidən yaşamağı arzulayıb. İndi çin olan arzularının dadını çıxardır. Elbrus Sadıqovun həyat yoldaşı Solmaz Abbasova onlar üçün yaradılan şəraitdən ağızdolusu danışdı. Həmsöhbət olduğumuz bütün laçınlılar bu xoşbəxt anları onlara yaşatdıqları, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqları üçün Ali Baş Komandan İlham Əliyevə, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədilər. FUAD SADIQOV HƏZRƏT BAYRAMLI

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR