Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırılıb
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası davam edir.
APA TV-nin yerli bürosunun məlumatına görə, aksiya çərçivəsində bu gün Laçın rayonunun işğaldan azad edilmiş ərazilərində xidmətini davam etdirən hərbçilərə bayram sovqatı çatdırılıb.
“Bravo” supermarketlər şəbəkəsinin əməkdaşları erməni silahlı birləşmələrindən azad edilmiş ərazidə xidmət aparan Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bayram sovqatı paylayıblar.
Habil Aslanoğlu,
Ziya İsmayılov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU