Laçın sakini əmisini dırmıqla öldürüb

# 18:00
27 aprel 2022

Laçın rayon sakini münaqişə zəminində əmisini qətlə yetirib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə aprelin 20-si Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydə alınıb. Bahadur İsmayılov qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıqla xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən Əşrəf İsmayılov aprelin 26-da ölüb.

 

Prokurorluq da Laçın rayon sakininin əmisini öldürməsi barədə məlumat yayıb.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib, nəticədə sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölüb.

 

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Elgün Gəncimsoy, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR